Dünyada xam polad istehsalı azalıb
Sənaye
- 25 avqust, 2020
- 07:57
Bu ilin iyul ayında qlobal xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 152,7 milyon tona düşüb.
“Report” xəbər verir ki, bu barədə Dünya Polad Birliyinin ("Worldsteel") hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə Çində istehsal 93,4 milyon ton (illik müqayisədə 9,1% az), Yaponiyada istehsal 6 milyon ton (27,9% az), Avropa İttifaqında istehsal 9,8 milyon ton (24,4% az), ABŞ-da istehsal isə 5,2 milyon ton (29,4% az) təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə dünyada xam polad istehsalı illik müqayisədə 5,3% azalaraq 1 020 milyon ton təşkil edib.
Son xəbərlər
04:07
CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib
Digər ölkələr03:54
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Digər ölkələr03:35
Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
Digər ölkələr03:03
CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Digər ölkələr02:44
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:14
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
Digər ölkələr01:42
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
Digər ölkələr01:13
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
Digər ölkələr00:50