Deputat: "Batareyaların utilizasiyası ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var"

Sənaye
  • 18 sentyabr, 2025
  • 12:25
Deputat: Batareyaların utilizasiyası ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var

Qanunvericilikdə elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişiklik edilməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu deputat Rövşən Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana xeyli sayda elektrikli avtomobillər gətirilir: "Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınması təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır".

O bildirib ki, belə batareyaların istimar müddəti 5-7 il arasındadır: "Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. İstərdim ki, bu sessiyada bu mövzunu da müzakirə edək. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı".

Son xəbərlər

Bütün Xəbər Lenti