Azərbaycanda kimya sənayesi istehsalı 17% artıb
Sənaye
- 18 yanvar, 2018
- 08:20
Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə 503,2 mln. manatlıq kimya sənayesi məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 16,5% çoxdur.
Ötən il əsas kimya məhsullarından 48,5 min ton propilen (əmtəəlik 37,6 min ton), 93,2 min ton polietilen, 96,1 min ton etilen istehsal edilib. Propilen və etilen istehsalı 7,2%, polietilen istehsalı 7% azalıb.
Hesabat dövründə 23 220,7 min kubmetr azot, 198,5 ton yod, 3 527,2 min kubmetr oksigen, 11 885,4 ton izopropil spirti, 265,8 min ton metanol (metil spirti), 9 816,7 ton lak-boya məmulatları, 11 838,5 ton s. üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları istehsal olunub.
Son xəbərlər
14:14
Foto
Xocalının beş kəndinə köçən sakinlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB-3
Daxili siyasət14:12
Foto
Azərbaycanlı jurnalistlər Qırğızıstanın mənəvi mərkəzini ziyarət ediblər
Turizm14:10
Merts Almaniya hökumətində yeni təyinatlar barədə elan edib - YENİLƏNİB
Digər ölkələr14:08
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
Region14:03
Foto
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
ASK14:03
DÇ-2026-da iştirak edən futbolçunun narkotik testinin nəticəsi müsbət çıxıb
Futbol14:02
Foto
Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
Daxili siyasət13:56
ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır
İnfrastruktur13:51