Ötən ay 118 nəfər zəhərlənib, 3-ü ölüb
Sağlamlıq
- 06 avqust, 2025
- 10:22
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 39-u dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənib.
Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər isə göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 qadın, 2 kişi) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Son xəbərlər
06:39
İsrail və Livan arasında danışıqların növbəti mərhələsi Romada baş tutacaq
Digər ölkələr06:14
Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub
Digər ölkələr05:43
Trampın irəli sürdüyü Kleyton ABŞ Senatından dəstək alıb
Digər ölkələr05:16
Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər ediləcək
Digər ölkələr04:33
ABŞ-də FIFA prezidenti ilə Ağ Ev arasında mümkün əlaqələr araşdırlır
Digər ölkələr04:05
Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb
Digər ölkələr03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50