Konqoda meningit xəstəliyi yayılıb
Sağlamlıq
- 08 sentyabr, 2021
- 10:43
Konqo Demokratik Respublikasının şimal-şərqindəki Tşopo əyalətində meningit xəstəliyi yayılıb.
“Report” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika regional ofisinin saytındakı məlumata görə, bölgənin Banalia icmasında 261 nəfər meningitə yoluxub ki, bunların 129 nəfəri ölüb. Bununla da ölüm nisbəti 50 faizə yaxınlaşıb.
ÜST-ün dəstəyi ilə əyalətdə yoluxanlara yardım edən mütəxəssislər qrupu fəaliyyətə başlayıb, xəstəliyin daha da yayılmaması üçün böhran komissiyası yaradılıb.
Afrikanın 26 ölkəsini əhatə edən “meningit qurşağı”na daxil olan Tşopo əyalətində 2009-cu ildə də həmin xəstəliyə 214 nəfər yoluxmuş, bunların 15 nəfəri ölmüşdü.
Son xəbərlər
03:39
Almaniya Kansleri: Avropa üçün "Amerika sülhü" dövrü başa çatıb
Digər ölkələr03:05
ABŞ-də universitetdə atışma baş verib
Digər ölkələr02:48
Rumıniyada ədliyyə sistemindəki korrupsiyaya qarşı nümayişlər keçirilir
Digər ölkələr02:12
Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb
Digər ölkələr01:40
ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib
Sağlamlıq01:11
WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Digər ölkələr00:50
Video
Fransa "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub - Yenilənib
Şou-biznes00:44
Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
Digər ölkələr00:22