Əhliman Əmiraslanov: Dünyada orqana ehtiyacı olanların 90 faizi həyatını itirir

Sağlamlıq
  • 25 oktyabr, 2025
  • 10:06
Əhliman Əmiraslanov: Dünyada orqana ehtiyacı olanların 90 faizi həyatını itirir

Dünyada ildə təxminən 150-160 min orqan transplantasiyası həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" beynəlxalq elmi konfransda deyib.

O qeyd edib ki, bu rəqəm orqan köçürülməsinə ehtiyacı olan insanların cəmi 10 faizini təşkil edir:

"Ona görə də orqana ehtiyacı olanların 90 faizi həyatını itirir. Milli Məclis "Orqan və toxuma transplantasiyası haqqında" mükəmməl bir qanun ərsəyə gətirdi, qəbul etdi. Buna qədər dörd dinləmə, çox sayda müzakirə məhz bu məsələyə həsr edilmişdi. Daha sonra aidiyyəti üzrə Koordinasiya Mərkəzi yaradıldı, çox böyük uğurlara imza atıldı".

Komitə sədri vurğulayıb ki, orqan transplantasiyası önəmli olduğu qədər də, çətin məsələdir:

"Çünki insandan insana orqan köçürülməsi imkanları o qədər də geniş deyil. Bu gün bu sahədə ilk yeri ABŞ tutur. Almaniya və Skandinaviya ölkələri də uğurlar qazanıblar. Bu ölkələrdə əsasən meyitdən orqan köçürülməsi həyata keçirilir. Biz qanunu qəbul edərkən bu məqamlara xüsusi diqqət etdik. Görünür ki, qanun uğurla həyata keçirilir və Azərbaycan artıq ilkə imza atdı".

Son xəbərlər

Bütün Xəbər Lenti