Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək
Sağlamlıq
- 15 dekabr, 2025
- 17:45
Azərbaycanda daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək.
"Report" xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müşavirədə deyib.
Onun sözlərinə görə, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib və görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunur:
"Növbəti mərhələdə daha 5 müəssisədə bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb".
Son xəbərlər
14:13
Azərbaycanda su obyektlərindən xüsusi məqsədli istifadə üçün beş nazirliyin rəyi lazım olacaq
İnfrastruktur14:11
Nikolay Podquzov: "Azərbaycanın 2026-cı ildə EDB-yə qoşulacağına ümid edirik" - MÜSAHİBƏ
Maliyyə14:11
Parisdə Livan üzrə yeni beynəlxalq konfransın tarixi təyin olunacaq
Digər ölkələr14:08
Gürcüstanda zəlzələ olub
Region14:06
Foto
AQTA sədri Saatlıda vətəndaşları qəbul edib
Sağlamlıq14:05
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib
Sağlamlıq14:03
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib
İnfrastruktur14:02
Zelenski Prezident seçkilərində elektron səsvermə ideyasını dəstəkləyib
Digər ölkələr14:00