Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı
- 17 fevral, 2021
- 10:25

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 63 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | RAULİ BABACANAŞVİLİ QEORQİYEVİÇ | İstehsal | Müvafiq sahə üzrə fəaliyyət həyata keçirilmir |
2 | ZAUR HƏSƏNOV ELXAN OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 | "X.B İMPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.