Yanvar-avqust aylarında İİV-ə yoluxan 42 nəfər narkotik istifadəçisi olub
Sağlamlıq
- 18 sentyabr, 2025
- 15:45
Bu ilin avqust ayının sonuna kimi aşkarlanmış İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfər inyeksion narkotik istifadəçiləri olub.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.
Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Son xəbərlər
19:41
Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib
Futbol19:37
ABŞ, Böyük Britaniya və Avstraliya Rusiyanın kiberinfrastrukturuna sanksiyalar tətbiq ediblər
Digər ölkələr19:27
Foto
Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib
Daxili siyasət19:21
Foto
Keniya Prezidenti Azərbaycanın müdafiə sənayesi nazirini qəbul edib
Xarici siyasət19:15
ƏƏSMN: Gələn il işsizlikdən sığorta fondunun xərcləri artacaq
Sosial müdafiə19:13
Sabah Cəlilabadın üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Energetika19:09
Foto
Azərbaycanın daha bir güləşçisi VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb - YENİLƏNİB
Fərdi19:05
Sumqayıtda ev yanıb, ər-arvad tüstüdən zəhərlənib
Hadisə19:01