Bakıda kafedə baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar götürülüb

Sağlamlıq
  • 15 oktyabr, 2025
  • 14:54
Bakıda kafedə baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar götürülüb

"Kolorit" kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, kafedə müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.

Son xəbərlər

Bütün Xəbər Lenti