Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlanıb

Sağlamlıq
  • 24 may, 2021
  • 07:20
Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı məlum olub.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsində qeyd edilib ki, Milli Onkologiya Mərkəzində qeydiyyatda 52 718 onkoloji xəstə mövcuddur.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.