Azərbaycanda işçilərin icbari tibbi sığortalanması təmin ediləcək
Sağlamlıq
- 20 noyabr, 2020
- 08:56
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, Məcəlləyə yeni maddənin "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunub.
Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Son xəbərlər
14:31
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını ratifikasiya edən ilk ölkədir
Daxili siyasət14:28
Tomas Tuxel "Nyukasl"ın baş məşqçisi postuna əsas namizədlərdəndir
Futbol14:27
"Birbank Biznes"in "Visa Sahibkar" kartı indi tamamilə pulsuz və yeni dizaynda
Maliyyə14:21
Foto
Lənkəranda 34 yaşlı qadın üçəm dünyaya gətirib
Daxili siyasət14:18
Naxçıvanda vergi daxilolmaları 7 %-dən çox artıb
Maliyyə14:14
"Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib
Futbol14:12
Abşeronda cüdo üzrə "İstedadların seçimi" yarışının I turu start götürür
Fərdi14:12
Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib
Daxili siyasət14:12