Alimlər: Pəhrizin dəyişdirilməsi yuxunu yaxşılaşdırır
- 03 noyabr, 2025
- 06:16
ABŞ-nin Çikaqo Universiteti, Kolumbiya Universitetinin alimləri meyvə və tərəvəz istehlakının artırılmasının yuxunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra, onu daha dərin və daha rahat edə biləcəyini aşkar ediblər.
"Report"un məlumatına görə, tədqiqatın nəticələri "Science Daily" jurnalında dərc edilib.
Əvvəlki tədqiqatlar göstərirdi ki, yuxu çatışmazlığı daha az sağlam qidalanma vərdişlərinə keçməyə, yağ və şəkərlə zəngin qidaların istifadəsinin artmasına səbəb ola bilər.
Tədqiqat çərçivəsində sağlam yetkinlər gündəlik qida qəbulunu tətbiqdən istifadə edərək izləyiblər və yuxu keyfiyyətini ölçən qolbaq taxıblar. Tədqiqatçılar "yuxu parçalanması" kimi parametrləri qiymətləndiriblər - insanın nə qədər tez-tez oyanması və ya yuxunun yüngül, dərin mərhələləri arasında keçid etməsi.
Nəticələr göstərib ki, daha çox meyvə, tərəvəz və mürəkkəb karbohidrat istifadə edən insanlar daha uzun müddət dərin yuxu keçiriblər. Lakin bu pəhrizə əməl etməyən tədqiqat iştirakçıları heç bir müvafiq inkişaf yaşamayıblar.
Alimlər bildirirlər ki, mövcud dəlillər uzunmüddətli yuxunu yaxşılaşdırmaq üçün meyvə, tərəvəz və mürəkkəb karbohidratların gündəlik istifadəsinə ehtiyac olduğunu təsdiqləyir.