“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı
Sağlamlıq
- 01 aprel, 2021
- 06:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Al Market” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən zirə və qara istiot məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
İdxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Son xəbərlər
10:50
AMEA prezidenti: Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtirası nadir kəşflərdəndir
Elm və təhsil10:39
Zaqatalaya qar yağır - FAKTİKİ HAVA
Ekologiya10:38
Şöbə müdiri: Azərbaycanda könüllülərin inkişafı üçün müntəzəm addımlar atılır
Daxili siyasət10:35
Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur
Elm və təhsil10:34
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Elm və təhsil10:33
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb
Hadisə10:31
Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək
Region10:27
"Araz-Naxçıvan" Portuqaliya klubu ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib
Futbol10:27