8 sahibkarlıq subyekti qeydiyyata alınmadı
- 15 yanvar, 2021
- 09:37

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, 8 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | "NEMƏTOĞLU AQRO" Məhdud Məsuliyyətli Cəmiyyəti | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 | Omarlı Şükür Şəfi oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 | "COURABİER" Məhdud Məsuliyyətli Cəmiyyəti | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 | Ramazanov Asəf Əli oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 | Babayeva Vüsalə Məmmədəli qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 | "EVRAZ TRADE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
7 | Qafarov Rəhman Mehman oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
8 | Namazov Ramiz Məhəmməd oğlu | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.