Daha bir sahibkarlıq subyekti qeydə alınmadı
- 16 fevral, 2021
- 11:30

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 15 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 54 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | Balabəy Şıxaliyev Ağabəy | Emal | Sahibkar fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.