"Zvartnots" aeroportunda yeni terminalın tikintisinə 500 milyon dollar cəlb olunacaq

Region
  • 06 oktyabr, 2025
  • 11:55
Zvartnots aeroportunda yeni terminalın tikintisinə 500 milyon dollar cəlb olunacaq

"Ermənistanın Beynəlxalq Hava Limanları" şirkəti növbəti 10 il ərzində İrəvanın "Zvartnots" aeroportunda yeni terminalın tikintisi üçün 500 milyon dollar investisiya yatırmağı planlaşdırır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Marselo Vende bildirib.

Onun sözlərinə görə, son iki ildə İrəvan hava limanında sərnişin axını ildə 5,5 milyon nəfəri ötüb: "Mövcud terminal ildə 3-4 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub. Bu da yeni terminalın tikilməsi zərurətini yaradıb. Biz növbəti 10 il ərzində 500 milyon dollar investisiya yatıraraq hava limanının buraxılış qabiliyyətini iki dəfə artırmağı planlaşdırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti