Zelenski pilotsuz uçuş aparatı ilə Kremlə hücuma münasibət bildirib
Region
- 11 may, 2023
- 08:50
"Pilotsuz uçuş aparatı ilə Kremlə hücum Rusiyanın Ukraynaya daha çox hücuma haqq qazandırmaq üçün həyata keçirdiyi əməliyyat idi".
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın BBC teleradiosuna müsahibəsində deyib.
O, Ukraynanın bu hücumda iştirak etmədiyini bildirib.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.
Son xəbərlər
19:14
Pezeşkianın ofisi internet məhdudiyyətlərinin səbəbini açıqlayıb
Region19:01
Böyük Britaniyadakı "Ferford" aviabazasında yanğın baş verib
Digər ölkələr18:43
Starmer Trampla Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə edib
Digər ölkələr18:40
Qrossi və Zelenski "Zaporojye" AES-dəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
Digər ölkələr18:32
Əraqçi səudiyyəli həmkarını gərginliyin azaldılması ilə bağlı görülən işlər barədə məlumatlandırıb
Region18:21
Foto
Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var
Hadisə18:19
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə18:13
"Tasnim": İranın xarici işlər naziri İslamabada qayıdıb
Region18:04