Zaur Darğallı: “Marneulidə içməli su olmayan kənd qalmayacaq”
Region
- 20 iyul, 2020
- 11:09
“Yaxın gələcəkdə Marneulidə içməli su və mərkəzi yolları olmayan kənd qalmayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Marneuli meri, deputatlığa namizəd Zaur Darğallı jurnalistlərə açıqlamasında deyib.
O, 2012-ci ildən etibarən bələdiyyədə bir sıra əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirildiyini bildirib: “Yaxın illərdə Marneulidə bütün kəndlər keyfiyyətli içməli su ilə təmin olunacaq. Yol infrastrukturunun bərpası və tikintisi üzrə layihələr də davam etdiriləcək”.
Z.Darğallı qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, parlamentdə Marneuli və Qardabani seçicilərinin layiqli təmsilçisi olmaq üçün əlindən gələni əsirgəməyəcək.
Son xəbərlər
05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
Digər ölkələr04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23