Yerevanda Ticarət Mərkəzində yanğın olub
Region
- 06 aprel, 2021
- 06:39
Yerevanın “Surmalu” (“Sürməli”) Ticarət Mərkəzində yanğın olub.
“Report” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.
Hadisə nəticəsində təsərrüfat malları və uşaq oyuncaqları satılan pavilyon tamamilə sıradan çıxıb. 2 min kv. metrlik sahəni əhatə edən yanğının söndürülməsinə 14 yanğınsöndürən maşın cəlb edilib.
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan və xilasetmə xidmətinin direktoru Armen Qasparyan hadisə yerinə gedərək yanğının söndürülməsini izləyiblər. Əməliyyat nəticəsində bir neçə yanğınsöndürən xəsarət alıb.
Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, “Surmalu” Yerevanın ən böyük ticarət mərkəzi sayılır.
Yerevanda Ticarət Mərkəzində yanğın olub
Son xəbərlər
14:43
Rəqəmsal mühitdə uşaqların qorunması dövlət, ailə və cəmiyyətin ortaq məsuliyyətidir - RƏY
Sosial müdafiə14:42
Britaniya Ukrayna üçün "Storm Shadow"a alternativ hazırlayır
Digər ölkələr14:21
Foto
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
Fərdi14:16
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
Biznes14:04
UKMTO Hörmüzdən keçən gəmilərə cənub marşrutunu seçməyi tövsiyə edib
Digər ölkələr14:01
Romada "Tağıyev: Neft" filminin premyerası keçirilib
İncəsənət13:59
Türkman irsinə həsr olunan yeni musiqi əsəri hazırlanıb
Mədəniyyət siyasəti13:55
Foto
MEDİA: Bəzi saytlar DİM-in statistik məlumatlarını şişirdilmiş başlıqlarla təqdim edib
Daxili siyasət13:38