Yakutskda avtomobil buzun altına düşüb, iki nəfər ölüb

Region
  • 27 dekabr, 2025
  • 08:33
Yakutskda avtomobil buzun altına düşüb, iki nəfər ölüb

Rusiyanın Yakutsk şəhərində avtomobil buzun altına düşüb.

"Report"un xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Saxa Respublikası (Yakutiya) üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində iki nəfər ölüb, sürücü daxil olmaqla 4 şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda xilasedicilər biri uşaq olmaqla iki nəfərin axtarışlarını davam etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti