XİN rəhbəri: İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir
Region
- 08 dekabr, 2014
- 11:16
Bakı. 8 dekabr. REPORT.AZ/ "Suriya münaqişəsinin həlli siyasi yolla, üçüncü tərəflərin müdaxiləsi olmadan tapılmalıdır".
"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda suriyalı həmkarı Vəlid əl-Muallimlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Suriya və İraqda münaqişələr yalnız region üçün deyil, həm də bütün dünya üçün böyük təhlükədir: "İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir. İraq və Suriyanın bu məsələdə əməkdaşlığı səmərəli ola bilər".
V.Muallim də öz növbəsində İran tərəfini Suriyaya göstərdiyi dəstəyə görə təşəkkür edib.
Son xəbərlər
05:26
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub
Digər ölkələr04:40
Pakistanda şiddətli yağışlar nəticəsində ölənlərin sayı 109-a çatıb
Digər ölkələr04:11
ABŞ Senatı Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Digər ölkələr03:38
Türkiyədə minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb
Region03:13
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda xidmət müvəqqəti dayandırılıb
Xarici siyasət02:50
İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
Digər ölkələr02:36
Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb
Region02:10
Rusiyanın Tümen vilayətində 300-dən çox ev su altında qalıb
Region01:54
Video