Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı
Region
- 28 oktyabr, 2020
- 13:36
Ukrayna hökuməti koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə fövqəladə vəziyyət rejiminin müddətini 31 dekabr tarixinədək uzadıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabineti ölkə ərazisində 31 oktyabr tarixinədək fövqəladə vəziyyət tətbiq olunmasına dair mart ayının 25-də çıxardıqları qərarın müddətini müvafiq şəkildə uzadıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna hökuməti karantin rejimini 31 dekabr tarixinədək uzadıb, habelə “qırmızı təhlükə” zonasına 68 yaşayış məntəqəsindən əlavə, daha 100 yaşayış məntəqəsi daxil edib.
Koronavirus pandemiyası başlayandan bu yana ölkədə 363 075 nəfər yoluxub, bunlardan 6 755 nəfər ölüb, 148 642 nəfər də sağalıb.
Son xəbərlər
17:57
Foto
Monqolustanda qədim türk abidələrinin qoruyucu hasarlarının açılış mərasimi olub
Digər ölkələr17:53
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Hadisə17:50
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
Biznes17:41
Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Digər ölkələr17:35
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
Region17:31
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Biznes17:26
İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Hadisə17:16
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Digər ölkələr17:16