Kreml Ukrayna Prezidentinin müharibə ilə bağlı fikirlərinə münasibət bildirib

Region
  • 10 sentyabr, 2021
  • 10:00
Kreml Ukrayna Prezidentinin müharibə ilə bağlı fikirlərinə münasibət bildirib
Volodimir Zelenski

“Biz hər hansı bir apokaliptik (bədbin) gözləntilərə qapılmaq istəməzdik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezdentinin mətbuat katibi Dmtri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə mümkün müharibə ehtimalını şərh edərkən bildirib.

O deyib ki, Kreml Ukrayna Prezidentinin müharibənin başlayacağı haqqında ehtimalını təəssüf hissi ilə qarşılayıb: “Təəssüf edirik”.

13:26

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.

“Report” TAAS-a istinadən xəbər verir ki, o, “YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

“Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.

V.Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı: “Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.