Ukrayna Krımda neft terminalına zərbə endirdiyini təsdiqləyib
Region
- 15 oktyabr, 2025
- 11:52
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada "Dəniz neft terminalı" müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib", - mətbuat xidməti bildirib.
Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.
Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.
Son xəbərlər
13:22
İngiltərə klubunun hücumçusu "Sportinq"ə transfer olunub
Futbol13:16
Fransada naməlum şəxs qatarda sərnişinlərə hücum edib, xəsarət alanlar var
Digər ölkələr13:08
Sorğu: Ukraynalıların 10 %-i ölkədə seçkilərin atəşkəs əldə olunana qədər keçirilməsini dəstəkləyir
Region13:06
Azərbaycan bəzi ölkələrdən heyvan və quş əti idxalına qadağanı aradan qaldırıb
Sağlamlıq13:01
Malayziyada baş nazirin səlahiyyət müddətinin 10 ilə qədər məhdudlaşdırmaq təklif edilib
Digər ölkələr12:59
Eldar Zülfüqarov: "Yetişdirilən hakimlərin 15-20 faizinin üzə çıxması böyük nailiyyətdir"
Komanda12:53
"Sarı Gəlin"in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır
Mədəniyyət siyasəti12:39
Misir aeroportlarında miqrasiya kartları ləğv ediləcək
Digər ölkələr12:32