Türkiyənin Rize vilayətində sel körpünü uçurub, torpaq sürüşməsi baş verib
Region
- 20 sentyabr, 2025
- 11:31
Türkiyənin Rize vilayətində leysan yağması nəticəsində bəzi ərazilərdə yollar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, gecə boyunca davam edən güclü yağış xüsusilə Ardeşen, Fındıklı, Kalkandere və Çamlıhemşin rayonlarına ziyan vurub.
Fındıklı rayonundakı Arılı və Çağlayan çaylarında su səviyyəsinin qalxması nəticəsində daşqınlar baş verib.
Torpaq sürüşməsi səbəbindən Çamlıhemşin rayonunda Ayder yaylasına gedən yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Ardeşen–Çamlıhemşin avtomobil yolunun Şenyamaç kəndi yaxınlığında yerləşən körpü suyun səviyyəsinin qalxması nəticəsində uçub. İnsan itkisi qeydə alınmayıb.
Məlumata görə, yağış fasilələrlə davam edir.
Son xəbərlər
17:33
Media nümayəndələri Xəzər Tibb Mərkəzi ilə tanış olublar
Sağlamlıq17:33
Britaniya muzeyindən 600-dən çox eksponat oğurlanıb
Digər ölkələr17:27
Oktyabrda BTC ilə neft ixracı 13 % azalıb
Energetika17:26
Foto
Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Xarici siyasət17:23
Taleh Kazımov: "Azərbaycanın qlobal kapital bazarlarına qoşulması ilə bağlı "Euroclear" və "Clearstream" ilə danışıqlar aparılır"
Maliyyə17:22
Foto
Sultan Hacıyev Keniyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib
Xarici siyasət17:13
Peter Siyarto: "Bakı və Budapeşt əməkdaşlığı Macarıstan üçün enerji risklərini azaldır"
Energetika17:13
Azərbaycan noyabrda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb
Energetika17:13
Foto