Türkiyənin müdafiə naziri Pakistana səfər edib
Region
- 10 avqust, 2021
- 09:07
Türkiyənin müdafiə naziri Hulusi Akar Pakistana səfər edib.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin saytı yayıb.
Bildirilib ki, Hulusi Akar Pakistanın müdafiə naziri Pərviz Xattak, müdafiə və istehsal naziri Zobaida Calal, Quru Qoşunları komandanı Qamar Caved Bajava ilə görüşəcək.
Məlumata görə, görüşlərdə iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, Hulusi Akarın Pakistan rəsmiləri ilə Əfqanıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir.
Son xəbərlər
01:57
KXDR hipersəsli raketlərin buraxılışı üzrə təlimlər keçirib
Digər ölkələr01:31
KİV: Niger Beninin yüksək vəzifəli diplomatını ölkədən çıxarıb
Digər ölkələr00:59
Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib
Digər ölkələr00:51
Fransa İsveçdə yanğın zamanı doqquz vətəndaşının öldüyünü təsdiqləyib
Digər ölkələr00:26
Latviya Baltik dənizində fiber optik kabelin zədələndiyini bildirib
Digər ölkələr23:58
"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol23:36
Qrenlandiyanın Baş naziri: ABŞ rənglərində ada xəritəsi hörmətsizliyi göstərir
Digər ölkələr23:11
Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır
Digər ölkələr22:58