Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 109-a çatdı
- 03 noyabr, 2020
- 13:09

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 109-a çatıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, yaralanan 1 036 sakindən 138 nəfərin müalicəsi davam edir.
16:03
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 107-yə, xəsarət alanların sayı isə 1 027-yə yüksəlib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yazıb.
13:28
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 105-ə yüksəlib.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yazıb.
10:12
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 102-yə, yaralananların sayı isə 994-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.
Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.