Türkiyədə yol qəzasında 15 nəfər xəsarət alıb

Region
  • 24 noyabr, 2025
  • 06:37
Türkiyədə yol qəzasında 15 nəfər xəsarət alıb

Türkiyədə yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Adana şəhərində yük maşını turist avtobusuna çırpılıb. Hadisə nəticəsində yük maşınının sürücüsü də daxil olmaqla 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili yardım əməkdaşları göndərilib. Xilasedicilər yük maşınında sıxılıb qalmış sürücünü çıxarıblar.

Zərəçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti