Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Region
  • 02 dekabr, 2025
  • 03:21
Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Türkiyədə yol qəzası nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" yerli məbuata istinadən xəbər verir ki, hadisə Karaman şəhərində qeydə alınıb.

Məlumata görə, "Peugeot" və "Fiat" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində sürücülərdən biri və hər iki nəqliyyat vasitəsində olan beş sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti