Türkiyədə partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub, 10 nəfər yaralanıb
Region
- 01 sentyabr, 2025
- 20:33
Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisənin məhvetmə sahəsində partlayış olub.
"Report" "Türkiye" qəzetinə istinadən xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ikisi jandarm, biri polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Aydın valisi Yakup Canbolatın sözlərinə görə, hadisəyə səbəb partlayıcı maddə daşıyan maşının aşması olub. Bundan sonra ərazidə partlayış baş verib. O, həmçinin xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Son xəbərlər
22:13
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib
Futbol22:10
BVF cari il üçün Avrozonanın ÜDM artımı proqnozunu pisləşdirib
Digər ölkələr22:07
Kapadokyada Azərbaycanın Müstəqillik Günü münasibətilə 108 hava şarı buraxılıb
Region21:46
Foto
"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Hərbi21:45
Tramp İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqlayıb
Digər ölkələr21:41
Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb, yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Region21:24
Foto
Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb
Hadisə21:16
Quterreş Yaxın Şərqdəki münaqişə tərəflərini zərbələri dayandırmağa çağırıb
Digər ölkələr20:52