Nazir: Gebzedə uçmuş binanın dağıntıları altında beş nəfər ola bilər - YENİLƏNİB
- 29 oktyabr, 2025
- 10:43
Gebze şəhərinin Mevlana bölgəsində binanın uçması nəticəsində beş nəfər dağıntılar altında qala bilər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə bildirib.
"Bu gün saat 07:30-da Kocaeli vilayətinin Gebze rayonunun Mevlana bölgəsində yerləşən binanın uçması barədə məlumat alınıb. Beş vətəndaşımızın dağıntılar altında qaldığı güman edilir", - o vurğulayıb.
Nazirin sözlərinə görə, axtarış-xilasetmə işlərinə 147 nəfər, o cümlədən AFAD-ın 80 əməkdaşı cəlb olunub.
İstanbuldan (Türkiyə) 60 km məsafədə yerləşən Gebzede altımərtəbəli bina uçub.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, binanın yaxınlığında metro xəttinin çəkilişi işləri aparılır.
"A-haber"in məlumatına görə, binanın dağıntıları altında altı nəfərə yaxın insan ola bilər.