Türkiyədə 27 mərtəbəli hoteldə yanğın olub, zərərçəkənlər var
Region
- 19 noyabr, 2025
- 07:28
Türkiyənin İstanbul şəhərində hotellərdən birində yanğın olub.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Sultanqazidə 27 mərtəbəli hoteldə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım işçiləri göndərilib. Yerli və xarici turistlər binadan təxliyə edilib.
Hadisə zamanı dörd nəfər tüstüdən zəhərlənib, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:39
Abbas Abbasov: Kolonializm siyasəti dünya ölkələri arasında əməkdaşlığa mane olan başlıca amillərdən biridir
Xarici siyasət13:39
UN-Habitat: 2050-ci ilə qədər Asiya şəhərlərində əhalinin sayı daha 1,2 milyard nəfər artacaq
İnfrastruktur13:34
Gülşən Rzayeva: "WUF13 təhlükəsiz, davamlı və inklüziv şəhərlərin inkişafında mühüm mərhələ olacaq"
İqtisadiyyat13:32
"Nyukasl"ın hücumçusu Bundesliqaya qayıtmaq istəyir
Futbol13:31
Foto
Sabirabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Rəsul Ağayevlə vida mərasimi keçirilib
Daxili siyasət13:31
Şahbaz Şərif Vaşinqtona gedib
Digər ölkələr13:28
"UN-Habitat" WUF13-dən sonra Azərbaycanda layihələrini genişləndirməyi planlaşdırır
Biznes13:24
Ukrayna üzrə danışıqların yeni raundu Cenevrədə keçirilə bilər
Region13:24