Türkiyə XİN rəhbəri Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib
Region
- 04 dekabr, 2014
- 08:34
Bakı 4 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib. "Report" Türkiyənin "Arca" agentliyinə istinadən xəbər verir ki, M.Çavuşoğlu Brüsselə gedərkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Türkiyə XİN rəhbəri Papanın sərhədin açılması haqqında bəyanatına da toxunub.
"Sərhədin açılması haqqında bəyanat sadəcə Papanın arzusudur. Biz də istəyirik ki, sərhəd açılsın, lakin bu məsələdə Türkiyə hər zaman addım atır, Ermənistandan isə cavab gəlmir. Uzatdığımız əl havada qalır", - Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyəyə səfəri zaman Roma Papası I Fransisk Ermənistan-Türkiyə sərhədinin açılmasına ümidvar olduğunu bildirib.
Son xəbərlər
09:30
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Energetika09:25
Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər
Futbol09:05
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Region09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.07.2026)
Maliyyə09:00
NYT: Pentaqon İranla müharibədə həlak olanların sayını qəsdən azaldıb
Digər ölkələr08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.07.2026)
Maliyyə08:50
Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr08:39
İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib
Region08:32