Türkiyə Şimali Kipr hərbçiləri ilə birgə təlim keçirəcək
Region
- 05 sentyabr, 2020
- 07:36
Türkiyə Silahlı Qüvvələri Şimal Kipr Türk Respublikası Təhlükəsizlik Qüvvələri Komandanlığı heyəti ilə birlikdə Aralıq dənizində təlim keçirəcək.
“Report” xəbər verir ki, məlumatı “Huriyyet” yayıb.
Bildirilib ki, “Şəhid yüzbaşı Cengiz Topel Akdeniz Fırtınası” adlı hərbi təlim sentyabrın 6-10-da keçiriləcək.
Qeyd edək ki, Cengiz Topel 1934-cü il sentyabrın 3-də anadan olub. Türk pilotu, zabit olub. 1964-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə keçirdiyi xəbərdarlıq uçuşları zamanı təyyarəsi yunanlar tərəfindən raketlə vurulub. O, paraşütlə atılıb. Yunanlar onu işgəncə ilə qətlə yetirib. Türkiyənin israrlı tələbi nəticəsində Topelin meyiti 1964-cü ilin avqustunda təhvil verilib. O, Türkiyə Hərbi Hava Qüvvələrinin ilk itkin pilotudur.
Son xəbərlər
09:45
Yaponiyada gənc oğlan üç nəfəri bıçaqlayıb, onlardan biri ölüb
Digər ölkələr09:44
Azərbaycan çempionatı: 1/4 final mərhələsi başlayıb, Şəhriyar Məmmədyarov qələbə qazanıb
Fərdi09:30
Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
Fərdi09:11
Moskva bu il Astana ilə AES layihəsini rəsmiləşdirməyə ümid edir
Region09:00
Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Futbol08:52
Kanada ilə Çin arasında münasibətlərdə yeni bir dövr başlayır
Digər ölkələr08:33
Rusiya səfiri Putinin Qazaxıstana səfərinə hazırlıqların aparıldığını açıqlayıb
Digər ölkələr08:19
Hava limanı istiqamətində hərəkətə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB
İnfrastruktur08:15