Türkiyə səfiri Avstriya XİN-ə çağırılıb
Region
- 21 iyul, 2016
- 06:52
Bakı. 21 iyul. REPORT.AZ/ Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib.
"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ORF radiostansiyasına müsahibəsində bildirib ki, Türkiyə səfiri Vyanada dövlət çevrilişinə cəhddən sonra R.T.Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın rəsmi İstanbulun çağırışı ilə olub-olmadığını izah etməli olacaq.
"Bizdə Vyanada Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərin birbaşa Türkiyədən təşkil olunmasına dair sübutlar var... Bu, tamamilə yolverilməzdir və biz etirazımızı bildirmək istəyirik", - deyə S.Kurts bildirib.
Son xəbərlər
10:07
"Arsenal" Brunu Qimaraynş ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib
Futbol09:51
"Deutsche Welle": Zelenski gələn həftə ABŞ-yə səfər etməyi planlaşdırır
Digər ölkələr09:46
"Hyundai Motor"un işçiləri gələn həftə tətili bərpa edəcəklər
Digər ölkələr09:39
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
Futbol09:30
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Energetika09:25
Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər
Futbol09:05
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Region09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.07.2026)
Maliyyə09:00