Türkiyə prezidenti Ukraynaya səfər edəcək
Region
- 16 mart, 2015
- 16:43
Bakı. 16 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 20-də Ukraynaya rəsmi səfər edəcək.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat xidməti bu haqda rəsmi açıqlama yayıb.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyukla da görüşəcək.
Məlumata görə, Türkiyə-Ukrayna Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 4-cü toplantısına hər iki tərəfdən nazirlər də qatılacaq. Toplantıda iki ölkədə ticarət həcminin qarşılıqlı artırılması, əlaqələrin genişlənməsi kimi məsələlər də müzakirə ediləcək.
Xəbərdə bildirilib ki, R.T.Ərdoğanın Krım tatarlarının Kiyevdəki təmsilçilərini də qəbul edəcəyi gözlənilir.
Son xəbərlər
15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44
IMF Serbiya iqtisadiyyatı barədə müsbət proqnoz verib
Digər ölkələr14:30
JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır
Digər ölkələr14:26
Honkonqda tayfun səbəbindən 130-dan çox daxili aviareys ləğv edilib
Digər ölkələr14:16
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Digər ölkələr13:58
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Elm və təhsil13:45
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
Daxili siyasət13:31