Türkiyə ordusu bir ayda onlarla terrorçunu zərərsizləşdirib
Region
- 22 noyabr, 2020
- 19:43
Türkiyə ordusu təkcə son ay ərzində terrorçuluğa qarşı 31 əməliyyat keçirib, onlardan 8-i geniş miqyaslı olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, Türkiyə hərbçilərinin müvəffəqiyyətli əməliyyatları nəticəsində regionda bir ay ərzində 80 terrorçu zərərsizləşdirilib.
Terrorçulara qarşı əməliyyatlar İraqın şimalında da davam edir.
"Pençe” kodu altında terrorçuluğa qarşı əməliyyatların müxtəlif mərhələləri çərçivəsində 2019-cu il mayın sonlarından bu günə kimi İraqda 348 terrorçu zərərsizləşdirilib" - xəbərdə deyilir.
Nazirlik vurğulayıb ki, Türkiyə ordusunun hərəkətləri regionda terrorçuluq təhlükəsinin azalmasına gətirib çıxarıb.
Son xəbərlər
13:42
"Kredit Evi" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:33
Foto
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub
Ədəbiyyat13:32
"Mançester Siti"nin yarımmüdafiəçisi Sverre Nyupan Belçika klubuna keçib
Futbol13:15
Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb
Komanda13:11
Foto
İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb
Hadisə13:03
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 % artırıb
ASK12:58
Foto
BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzalayıb
Xarici siyasət12:55
Foto
Bakıda "Media və dekolonizasiya" beynəlxalq konfransının ikinci sessiyası keçirilib
Xarici siyasət12:54