Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib
Region
- 22 iyun, 2021
- 09:37

Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı "qara siyahı"da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.
Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış.
MİT bu terorçunu Süleymaniyyə əyalətinin Qaladizə rayonunda iyunun 13-də keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.
Son xəbərlər
22:56
Britaniyanın xarici işlər naziri Fələstini tanımaq planlarını təsdiqləyib
Digər ölkələr22:44
Zelenski: Payızda mövqelərimizi möhkəmləndirmək üçün mümkün olan hər şeyi etməliyik
Digər ölkələr22:35
Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən başlamaq istəyirik
Region22:23
A Seriyası klubu "Milan"ın yarımmüdafiəçisini icarəyə götürüb
Futbol22:16
Türkiyənin üç vilayətində meşə yanır
Region21:57
Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə21:46
"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşəcək
Futbol21:43
Slovakiyanın Baş naziri Zelenski ilə görüşəcək
Digər ölkələr21:39