Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib
Region
- 08 mart, 2022
- 07:47
Türkiyə Silahlı Qüvvələri “Fırat Kalkanı” (“Fərat Qalxanı”) əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.
2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.
Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.
Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.
Son xəbərlər
04:38
ABŞ Serbiyanın NIS neft şirkətinin lisenziyasını iyulun sonunadək uzadıb
Digər ölkələr04:13
Türkiyə sahillərində miqrant qayıgı batıb, ölən və itkin düşənlər var
Region03:41
NASA astronavtları "Canadarm2"nin təmirindən sonra açıq kosmosa çıxışı başa vurublar
Digər ölkələr03:12
Venesuelada zəlzələdən sonra 6 000-dən çox insan xilas edilib
Digər ölkələr03:07
Kilan Mbappe Fransa - İsveç matçının ən yaxşı futbolçusu olub
Futbol02:54
DÇ-2026: Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda olub - YENİLƏNİB-6
Futbol02:39
Vuçiç jandarmın şəxsi heyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı tapşırıq verib
Digər ölkələr02:11
NATO ölkələri 2027-ci ildə Ukraynaya yardımın müddətini razılaşdıra bilməyiblər
Digər ölkələr01:47