"Turkish Airlines" İstanbuldan İrəvana uçuşlara başlayacaq

Region
  • 06 fevral, 2026
  • 16:54
Turkish Airlines İstanbuldan İrəvana uçuşlara başlayacaq

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı - "Turkish Airlines" ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

"İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib", - komitədən qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti