Tehrandan uçuşlar təxirə salınıb
Region
- 05 avqust, 2024
- 06:59
İranın paytaxtı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal olunur.
Məlumata görə, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür davam edir.
Qeyd edək ki, aviaşirkətlər İsrail, İran və Livanın paytaxtları Təl-Əviv, Tehran və Beyruta uçuşları təxirə salıblar.
Avqustun 2-də Türkiyənin “Turkish Airlines” şirkəti İrana bütün uçuşları ləğv edib.
Son xəbərlər
09:49
"Çelsi" La Liqa klubundan Pep Çavarriyanı transfer edəcək
Futbol09:44
Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
Energetika09:42
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı təxminən 2 dəfə artıb
İnfrastruktur09:38
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və daş kömür göndəriləcək
Biznes09:35
Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib
Region09:27
"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir
Futbol09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Energetika09:14