Tehranda bina uçub, bir fəhlə ölüb, ikisi yaralanıb
Region
- 12 sentyabr, 2025
- 11:11
İranın paytaxtı Tehran şəhərində Piruzi küçəsində ikimərtəbəli köhnə yaşayış binasında yenidənqurma işləri zamanı baş verən uçqun nəticəsində bir fəhlə ölüb, ikisi yaralanıb.
"Report" İSNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Maliki bildirib.
Onun sözlərinə görə, hadisə binanın ikinci mərtəbəsində aparılan işlər zamanı baş verib. Hadisə nəticəsində Əfqanıstandan olan 42 yaşlı mühacir fəhlə ölüb, iki fəhlə isə yaralanıb.
Bildirilib ki, dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri yanğınsöndürənlərin 12 saatdan çox aparılıb. Cəlal Maliki dağıntı altında insan qalmadığını da vurğulayıb.
Son xəbərlər
08:33
Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir
Digər ölkələr08:16
Bakıda dörd istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:05
Tramp: İran hələ də raket və dronlara malikdir
Digər ölkələr07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Digər ölkələr06:40
The Washington Post: Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır
Digər ölkələr06:18
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
Region05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13