Tehran Universitetində partlayış olub, üç tələbə xəsarət alıb
Region
- 02 oktyabr, 2025
- 16:05
İranın Tehran Universitetində laboratoriyada baş verən partlayış nəticəsində üç tələbə xəsarət alıb.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin tələbələrlə iş üzrə vitse-prezidenti Mahmud Nili Əhmədabadi bildirib.
Onun sözlərinə görə, hadisə azot kapsulunun partlaması nəticəsində olub. M.Əhmədabadi bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, partlayış Tehran Universitetinin materialşünaslıq və metallurgiya fakültəsinin laboratoriyasında baş verib. Hadisə nəticəsində laboratoriya tamamilə dağılıb.
Bildirilib ki, Tehran Universiteti də təhlükəsizliyi təmin olunmayan binalardan sayılır.
Son xəbərlər
21:25
"Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub
Futbol21:22
İran hava məkanını açıb - YENİLƏNİB
Region21:18
IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Xarici siyasət21:05
"Şamaxı"nın yay hazırlıq planı məlum olub
Futbol20:55
İsrailin hücumları nəticəsində Livanda son sutkada 24 nəfər ölüb
Digər ölkələr20:50
IATA təyyarələrdə "Baqaj yox, həyat xilas et" kampaniyasına başlayır
İnfrastruktur20:39
Foto
Türkiyə ilə Venesuala ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir - YENİLƏNİB
Region20:31
Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycandan Qazaxıstana ötürülüb
Elm və təhsil20:23