Təbrizin əsas prospektində dövlət məktəbləri bağlanıb

Region
  • 22 yanvar, 2026
  • 10:56
Təbrizin əsas prospektində dövlət məktəbləri bağlanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin əsas yolu sayılan Vəli-əsr prospektində yerləşən dövlət məktəbləri bağlanıb.

"Report"un məlumatına görə, şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) vəziyyətə tam nəzarət edir.

Məlumata əsasən, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda sosial-iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları başlayıb və iki həftədən çox davam edib. Hakimiyyət bu yürüşləri güc strukturları vasitəsilə yatırıb.

İranın Məhkəmə Tibbi Ekspertizasının açıqladığı məlumata görə, son iğtişaşlar nəticəsində ölənlərin sayı 3117 nəfərə çatıb, onlardan 2427-si günahsız mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti