Tbilisidə Mahatma Qandinin yeni ucaldılan heykəlinə zərər yetirilib
Region
- 04 avqust, 2021
- 07:40
Gürcüstanın paytaxtı Tbilisidə Hindistanın siyasi və ictimai lideri Mahatma Qandinin heykəlinə qarşı vandalizm aktı törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze məlumat verib.
“Təəssüflər olsun ki, abidəyə zərər yetirilib. Heykəldən eynək oğurlanıb. Bununla bağlı nə deyəcəyimi bilmirəm”, - o söyləyib.
Qeyd edək ki, M.Qandinin heykəli Tbilisinin Varketili rayonunda iyulun 10-da açılıb. Abidəni Hindistan Gürcüstana M.Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə hədiyyə edib. Açılış mərasimində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və onun gürcü həmkarı David Zalkaliani də iştirak edib.
Son xəbərlər
12:31
Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Maliyyə12:25
Xırdalanda sintetik maddə ilə rənglənən toyuqların satışının qarşısı alınıb
Sağlamlıq12:17
Azərbaycanda ötən il 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
Sağlamlıq12:16
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
İnfrastruktur12:12
"Sabah" klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib
Futbol12:11
Azərbaycanda qış turizmi niyə yolda qalır? – ARAŞDIRMA
Turizm12:05
Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq
Fərdi12:04
Azərbaycanda dənizçilərin sənədlərinin rəqəmsal formada idarə olunması üçün platforma hazırlanıb
İnfrastruktur12:01