Tbilisidə "Kidobani" ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 09 yanvar, 2026
- 22:05
Tbilisi şəhərində yerləşən "Kidobani" ticarət mərkəzində baş verən yanğın tam söndürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri və dəymiş zərərin həcmi müvafiq qurumlar tərəfindən araşdırılır.
Tbilisi şəhərində yerləşən "Kidobani" ticarət mərkəzində yanğın qeydə alınıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın ticarət mərkəzində fəaliyyət göstərən mağazalardan birində başlayıb.
Hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.
Xəsarət alanlar barədə məlumat yoxdur.