Tatarıstanda terror aktının qarşısı alınıb
Region
- 31 iyul, 2019
- 10:36
Tatarıstanda təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
Antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının tərəfdarı olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Tutulanlar Rusiya vətəndaşlarıdır. İstintaq sirri olduğu üçün onların kimliyi açıqlanmır. Onlardan partlayıcı maddə və əldəqayırma partlayıcı qurğunun hissələri götürülüb.
Rusiya baş prokurorunun müavini Aleksandr Buksman ölkədə terror aktlarına cəhdlərin sayının artdığını, cari ilin əvvəlindən 17 belə hadisənin qarşısının alındığını bildirib.
Son xəbərlər
06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr06:07
DÇ-2026: Argentina - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:13
İranın bir sıra şəhərlərində partlayışlar olub
Region05:04
Tomas Tuxel: "Bu gün Norveçə qarşı bir qədər də şanslı idik"
Futbol04:37
Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda atışmada öldürülüb
Komanda04:06
ABŞ İrana qarşı üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr04:02