Sibirdə ən azı 14 nəfər suşidən zəhərlənib
Region
- 06 noyabr, 2025
- 19:00
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində 14 nəfər qidadan zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un regional idarəsi məlumat yayıb.
Bildirilib ki, bütün zərərçəkənlərdə salmonellyoz təsdiqlənib.
"Zərərçəkənlər öz vəziyyətlərini oktyabrın sonunda "Sakura ekspress" suşi-barından alınmış rollarla əlaqələndirirlər", - məlumatda deyilir.
"Rospotrebnadzor"un məlumatına görə, müəssisədə aparılan yoxlama zamanı bir sıra pozuntular, o cümlədən qidaların saxlanma və hazırlanma qaydalarının pozulması aşkar edilib. Müəssisə üç ay müddətinə bağlanıb.
Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) cinayət işi açılıb.
Son xəbərlər
22:25
Ərdoğan: Suriyanın ərazi bütövlüyü qorunmalıdır
Digər ölkələr22:03
Rəsmi Belqrad Albaniya, Xorvatiya və Kosovonun müdafiə qurumlarının görüşünə etiraz edib
Digər ölkələr21:56
Axios: İran ABŞ ilə danışıqların keçiriləcəyi yeri dəyişmək istəyir
Digər ölkələr21:45
Qərbi Balkan ölkələrinin bəzi vətəndaşlarının Aİ-də uzun müddət qalmaları üçün işçi qrupu yaradılıb
Digər ölkələr21:42
Foto
Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirilib
Fərdi21:38
Reuters: ABŞ qırıcısı Ərəbistan dənizi üzərində İran PUA-sını vurub
Digər ölkələr21:25
Lyayen və Koşta Ukraynaya səfər edəcəklər
Digər ölkələr21:14
Foto
AFFA 3 klubun akademiyalarına baxış keçirib, yeniliklərin tədbiqi planlaşdırılır
Futbol21:11