Şərq Əməkdaşlığı ölkələri kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı müzakirə edəcəklər
Region
- 11 noyabr, 2014
- 09:17
Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabr ayının 12-14-də Kişinyovda Şərq Əməkdaşlığı ölkələrinin kibercinayətkarlıqla mübarizə üzrə konfransı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, tədbir kibercinayətkarlıqla mübarizə üzrə üçillik layihə çərçivəsində Moldovanın Ədliyyə Nazirliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən təşkil olunub.
AŞ mətbuat xidmətinin məlumatına görə, konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukraynadan təmsilçilər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbir iştirakçıları kibertəhlükəsizlik siyasətini, hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri üçün müvafiq treninqlərin keçirilməsini müzakirə edəcəklər.
Son xəbərlər
03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-3
Region02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir
Region01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:21
Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Region00:00